Çində partlayış baş verdi 
    
                          
     
                         21.10.2021
 
    
                         Çinin Liaoning vilayətində partlayış baş verib.
DM xəbər verir ki, Sinyan şəhərində restoranların birində təbii qazın partlaması nəticəsində 3 nəfər ölüb, 30-dan çox insan yaralanıb. 
Səhər saatlarında baş verən partlayışda restoranın yerləşdiyi 3 mərtəbəli binaya, ətrafdakı tikililərə və park edilmiş avtomobillərə ciddi ziyan dəyib. Xilasetmə işləri üçün hadisə yerinə 100-dən çox yanğınsöndürən göndərilib.
Partlayışın səbəbləri ilə bağlı araşdırmalar davam edir.