07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda cinsi azlıq nümayəndələri polis bölməsinə hücum etdi

20.10.2021

 Bakının Nəsimi rayonunda iki nəfər polis bölməsinə hücum edib.

Bildirilir ki, iki nəfər Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsinə hücum edib.

Əli və Zaur adlı cinsi azlıq nümayəndələri dava salıblar və ictimai asayişi kobud şəkildə pozublar.

Hadisə barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, onlar barədə qanunauyğun şəkildə tədbir görülüb.

"Həmin şəxslərin qanunsuz hərəkətləri ilə bağlı üç nəfər barəsində (daha bir nəfər də onlarla birlikdə olub - red.) İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən (xırda xuliqanlıq) protokol tərtib olunub. Onların digər qanunsuz hərəkətlərinin xüsusatları ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”, - deyə Elşad Hacıyev bildirib.

Araşdırmanın nəticəsindən asılı olaraq əməli hüquqi qiymət veriləcək.