06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropa İttifaqı Polşanı cəzalandıra bilər

20.10.2021

 Avropa İttifaqı Polşanı maliyyə subsidiyalarını kəsməklə hədələyib.

DM xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Layen Avropa Parlamentində çıxışında Polşa Konstitusiya Məhkəməsinin ölkə konstitusiyasını Aİ normalarından üstün olması haqqında qərarını Aİ-nin birliyinə təhdid adlandırıb.

Layen qeyd edib ki, Aİ-nin bütün üzvləri qanunun aliliyinə riayət etməlidir. "Polşa qərarını dəyişməsə, nəinki  Avropa Yenidənqurma Fondununun maliyyələşməsindən, həm də Aİ-nin səsvermə prosedurundan da Polşa kənarlaşdırıla bilər".

Polşanın Baş naziri Mateuş Moravieçki Avropa Parlamenti qarşısındakı çıxışında dialoqa çağırış edib.

Qeyd edək ki, oxşar sağ populist hökumətlərin hakimiyyətdə olduğu Macarıstan kimi, Polşa da Avropa İttifaqı ilə uzun müddətdir ki, problem yaşayır.