30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Rusiya Ukraynanın şərqində müharibə başladıb" - ABŞ müdafiə naziri

20.10.2021

 Rusiya Ukraynanın şərqində müharibə başladıb və hazırda məsələnin sülh yolu ilə həllinə mane olur. 

DM xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Austin Kiyevdə keçirdiyi mətbuat konfransında deyib. 

O qeyd edib ki, ABŞ Ukraynaya öz suveren ərazisini müdafiə etmək qabiliyyətini inkişaf etdirməkdə kömək etməyə davam edəcək. Həmçinin bildirilib ki, ABŞ 2014-cü ildən bəri Ukrayna qüvvələrinə 2,5 milyard dollar yardım edib:

"Bir daha Rusiyanı Krımın işğalına, Ukraynanın şərqindəki savaşa, Qara dənizdə, Ukraynanın sərhədləri boyunca sabitliyi pozan fəaliyyətlərinə, habelə mütəmadi olaraq xaker hücumlarına və digər pis niyyətli hərəkətlərə son qoymağa çağırırıq".