30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ordumuz qızını çiynində çaydan keçirən atanın problemini HƏLL ETDİ

19.10.2021

 Bir müddət öncə Astaranın Miki kəndində yaşayan atanın hər gün qızını dərsə aparmaq üçün onu çiyninə alıb ayaqyalın çayın içindən keçirdiyi barədə məlumat vermişdik. 

DM xəbər verir ki, sözügedən çayın üzərində körpü tikilməsi üçün cəmi 1000 manat lazım idi. Amma Astara Rayon İcra Hakimiyyəti məsələdən boyun qaçırmışdı. Əsas gətirilmişdi ki, bir neçə ailə üçün çay üzərində körpü salınması mümkün deyil.

Lakin şanlı ordumuzun mühəndis istehkamçılarının dəstəyilə problem aradan qaldırılıb. Belə ki, çayın üzərində körpü funksiyasını yerinə yetirən həm şəxsi heyət, həm də hərbi texnikanın hərəkəti üçün nəzərdə tutulmuş keçid quraşdırılıb ki, buradan məktəbli qız rahat şəkildə dərsinə gedə biləcək.