30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

COVID-19-a görə bir həftəlik tətil elan olunması təklif edildi

19.10.2021

 Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar bir həftəlik tətil elan olunması təklif edilib.

DM-in xəbərinə görə, bu təkliflə Rusiya Baş nazirinin müavini Tatyana Qolikova çıxış edib.

O, oktyabrın 30-dan noyabrın 7-nə kimi qeyri-iş günü elan olunmasını təklif edib.

Qeyd edək ki, Rusiyada koronavirusla bağlı vəziyyət gərginləşib. Son sutka ərzində koronavirusa 33 mindən çox yoluxma halı qeydə alınıb. Virusdan ölənlərin sayında isə pandemiya dövründə ən maksimum göstərici qeydə alınıb. Belə ki, son sutka ərzində 1015 nəfər koronavirusdan ölüb.