30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran prezidenti xalqa müraciətində nüvə danışıqlarından bəhs etdi

19.10.2021

 İran Prezidenti İbrahim Rəisi Tehran hökumətinin nəticəyə əsaslanan nüvə danışıqlarına sadiq olduğunu bildirib.

DM xəbər verir ki, o, bunu İran xalqına müraciəti zamanı deyib.

İbrahim Rəisi qeyd edib ki, xalqın dolanışığını nüvə danışıqlarına bağlamayacaqlar:

"İran heç vaxt danışıqlar masasından ayrılmadı. Nəticə yönümlü danışıqlara sadiqik. Xarici İşlər Nazirliyində və digər platformalarda artıq danışıqların İran İslam Respublikası üçün nəticə verməsinin lazım olduğu söylənildi. Qarşı tərəfin sanksiyaları ləğv etməyə hazır olması bunun ciddiliyinə işarə ola bilər".