Azərbaycanda üç məktəb və iki bağçada dərslər dayandırıldı 
    
                          
     
                         19.10.2021
 
    
                         Ölkə üzrə fəaliyyət göstərən bir neçə məktəb koronavirusa görə bağlanıb. 
DM-in məlumatına görə, üç məktəb və iki bağçada dərslər dayandırılıb. 
Belə ki, Zərdab şəhəri H.Zərdabi adına 1 saylı məktəb lisey, Şabranda iki məktəbdə şagirdlər və müəllimlər arasında koronavirusa yoluxma aşkar edilib. 
Bu səbəbdən həmin məktəblərdə dərslər distant formada davam etdiriləcək.
Eyni zamanda, Zərdab rayonunun Məmmədqasımlı və Məlikli kəndində fəaliyyət göstərən bağçalar koronavirus səbəbindən bağlanıb.