Saakaşvili klinikaya köçürülə bilər  
    
                          
     
                         19.10.2021
 
    
                         Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili saxlanıldığı həbsxanadan Tbilisi klinikalarının birinə köçürülə bilər.
DM xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi həkim qrupu bu gün Saakaşvilinin saxlanıldığı 12 saylı Rustavi həbsxanasını ziyarət edəcək və artıq 19 gündür aclıq aksiyası keçirən sabiq Prezidentin səhhəti ilə bağlı vəziyyəti qiymətləndirəcək.
Saakaşvilinin vəziyyəti kritik olaraq qiymətləndirilərsə, Tbilisinin "Vivamed” klinikasına köçürülə bilər.