30 04 2024-cu il Bakı 26 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dövlət Komitəsinin rəsmisindən AÇIQLAMA

19.10.2021

 "Məişət zorakılığı faktı baş verəndə jurnalistlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə zəng edir və nə iş gödüyünü soruşur. Komitə heç bir iş görməli deyil, biz siyasəti yönəldirik”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Məişət zorakılığı media müstəvisində” adlı təlimdə deyib. 

Onun sözlərinə görə, jurnalistlər məişət zorakılığı faktı baş verən məkanda olmalı və yerli icra qurumlarından nə iş görmələrini soruşmalıdırlar:

"Bələdiyyələrdə gender komissiyalarının yaradılması istiqamətində işlərin görülməsinə, təlimlər keçirilməsinə baxmayaraq, onlardakı vəziyyət yetərli səviyyədə deyil.

Məişət zorakılığını reklam etməməliyik. İntihar hallarını elə veririk ki, o vəziyyətdə olan insan ona baxır, təsirlənir və bu yola əl atır. Onu elə təqdim etməliyik ki, həmin şəxsləri düşündürsün və bu fikirdən yayındırsın”.