30 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tanınmış rəssamlar Qubada toplandılar

18.10.2021

 Oktyabrın 17-də Azərbaycanın tanınmış rəssamlarının iştirakı ilə Quba şəhərində "Şahdağ Quba - Truskovets Medical Sanatorium” mərkəzində növbəti, artıq üçüncü "Art Zone Week” rəngkarlıq simpoziumu start götürüb.

DM xəbər verir ki, ənənəvi keçirilən budəfəki simpozium 44 günlük Vətən Müharibəsində möhtəşəm zəfərimizin ildönümü ərəfəsində keçirilir.

Bu qalibiyyətdən ilhamlanan rəssamlar Vətən torpaqları uğrunda müqəddəs savaşa qalxan oğullarımızın qəhrəmanlığını vəsf edən mövzulara üstünlük verəcəklər.

Eyni zamanda mədəniyyət və sosial yönümlü bu layihənin məqsədlərindən biri də rəssamların gözü ilə bölgənin turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq onları fərqli formada təbliğ və təşviq etməkdir. Bununla yanaşı rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə "Ustad dərsləri” keçiriləcək. Simpozium günlərində xalq artisti Malik Mənsurovun rəhbərlik etdiyi "Naz-nazı” muğam qrupu qonaqların, eləcə də Quba ictimaiyyətinin qarşısında konsert proqramı ilə çıxış edəcək. Eləcə də sənətşünas Elçin Şamili dünya rəngkarlıq sənəti ilə bağlı leksiya ilə çıxış edəcək.

Artıq üçüncü dəfə keçirilən "Art Zone Week” Simpoziumu Dövlət Turizm Agentliyi”nin, "Savalan ASPİ” və "Shahdag Guba - Truskovets Medical Sanatorium” Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, simpoziumda Azərbaycanın əməkdar rəssamları Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, İrina Eldarova, Məmmədhüseyn Hüseynov, tanınmış rəssamlar İlqar Tahiri, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Əliyev, Diana Əliyeva, Raida Mustafayeva, Ramina Saadatxan, Elşən Qaraca və Adil Yusif iştitrak edirlər.

Simpozium 1 həftə davam edəcək. Bu müddətdə rəssamların ərsəyə gətirdikləri sənət əsərləri yanvar ayının ortalarına qədər "Shahdagh Guba - Truskovets Medical Sanatorium” Mərkəzində sərgilənəcək.