30 04 2024-cu il Bakı 26 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Erməni xalqı tezliklə "Qırmızı kitab"a düşəcək"- Aşotyan

18.10.2021

 "Bu bir faktdır ki, artıq bizim dövlətimiz yoxdur. Ermənistan sadəcə BMT üzvü olan və Argentina ilə Avstraliya arasındakı əlifba sırasıyla səslənən "ritual detal"dır".

DM xəbər verir  ki,  bu barədə Ermənistanın "Respublika" partiyasının sədr müavini Armen Aşotyan  yerli mediayaya açıqlamasında  deyib. O,  Ermənistanın çətin dönəmlərdən keçdiyini  açıqlayıb. 

"Dövlətimizin məhv olması təkcə kapitulyasiya ilə bağlı deyildi. Səbəb daha dərindir. Dövlətlər millətlər tərəfindən yaradılır. İndi Ermənistan respublika kimi ona görə mövcud deyil ki, erməni xalqı da yoxdur. Paşinyanın məğlub imici Ermənistanı alçaldır. Bir sözlə, ermənilər artıq siyasi varlıq deyil, belə sürətli məhv olma ilə tezliklə "Qırmızı Kitab"da yer alacaq bir etnoqrafik alt növ olacaqlar. Dövlətçilik də qalmayacaq, çünki onu yaradan insanlar yoxa çıxırlar".