Azərbaycan nümayəndə heyəti Anıtqəbiri ziyarət etdi  
    
                          
     
                         18.10.2021
 
    
                         Türkiyədə səfərdə olan azərbaycanlı parlamentarilər Anıtqəbiri ziyarət ediblər.
Bu barədə Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç sosial şəbəkə hesabında paylaşım edib.
"Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin birgə iclası üçün ölkəmizdə səfərdə olan heyətlərlə birlikdə Anıtqəbiri ziyarət etdik, şərəf dəftərini imzaladıq”, - deyə A.Kılıç bildirib.