03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Livanda polislə etirazçılar arasında silahlı toqquşma

14.10.2021

 Livanın paytaxtı Beyrutda şiə Amal Hərəkatı və Hizbullah tərəfdarlarına atəş açılıb.

DM xəbər verir ki, Hizbullah və Amal Hərəkatı tərəfdarları Beyrut Ədliyyə Sarayının qarşısına toplaşaraq keçən il Beyrut Limanında baş verən partlayışı araşdıran hakim Tarix əl-Bitarın yerinə başqasının təyin olunmasını tələb ediblər.

Beyrut Ədliyyə Sarayına doğru hərəkət edən nümayişçilər Ət-Tayyuna bölgəsinə gələn zaman bəzi binalardan atəş açılıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 60 nəfər yaralanıb.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib. Ordu ilə şiə Amal Hərəkatı milisləri arasında toqquşmalar davam edir.

Livan ordu komandanlığı açıqlamada təhlükəsizlik qüvvələrinin silahla görülən hər kəsi güllələyəcəyini bildirib.