Ukrayna “Kalaşnikov” avtomatlarından imtina edir 
    
                          
     
                         14.10.2021
 
    
                         Ukrayna ordusu "Kalaşnikov” avtomatları yerinə müasir UAR-15 avtomatları, köhnəlmiş snayper tüfəngləri yerinə UAR-10-la təchiz olunacaq.
DM xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasının nümayəndəsi polkovnik Sergey Qriçenko deyib.
Onun sözlərinə görə, dəyişikliklər ilk növbədə xüsusi təyinatlı dəstələrdə həyat keçiriləcək.
Qriçenko , artıq Rusiyanın RPQ-7 qumbaraatanlarının Amerika istehsalı PSRL-1-lə əvəz edildiyini bildirib.