02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənilər Qarabağı birdəfəlik tərk edir

14.10.2021

Üçtərəfli sazişin imzalanmasından sonra, Ermənistan və Rusiya KİV-i durmadan ərazidə qeyri-qanuni şəkildə məskunlaşan ermənilərin geri dönüşündən yazırdı. "Dinc sakinlərin Qarabağa qayıdışı" adı ilə tirajlanan xəbərlər Azərbaycan tərəfini narahat etmirdi. Çünki onlar ya "evlərini" satıb gedəcək, ya da Azərbaycanın idarəçiliyi altında yaşayacaqlar.

DM xəbər verir ki, bu dəfə də ermənilərin Qarabağı tərk etməsinin yeni görüntüləri əks olunub. Həm də onlar evlərini sataraq, bir daha geri dönməmək üzrə Azərbaycan torpaqlarını tərk edirlər.

"Ermənistanın "list.am", "full.am" kimi daşınmaz əmlak saytları, eləcə də ixtisaslaşmış Feysbuk səhifələrinin monitorinqinə əsasən müəyyən olunub ki, cari ilin üçüncü rübünə olan vəziyyətə görə, Xankəndində 114, Xocavənd şəhərində isə 64 yaşayış yeri satışa çıxarılıb. Xankəndində evlərin hər kvadratmetrinə görə orta qiyməti 600-650, Xocavənddə isə 600-800 dollar arasında dəyşir", - deyə "Caliber.az"ın yaydığı videomaterialda bildirlib.