27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DİN-dən valideynlərə ÇAĞIRIŞ

13.10.2021

 Son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı səs yazıları yayılır.

"WhatsApp”da yayılan səs yazısında iddia edilib ki, Bakı və Sumqayıt şəhərləri ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd edilib. 

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, valideynlərin təşvişə düşməsinə əsas yoxdur:

"Sosial şəbəkədə yayılan səs yazıları ilə bağlı araşdırma aparılır. İlkin qənaət ondan ibarətdir ki, bu, tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır”.

"DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb”, - deyə E.Hacıyev əlavə edib.