28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ekspertdən Azəraycanın qələbəsi haqqında AÇIQLAMASI

13.10.2021

 "Şübhəsiz ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Cənubi Qafqazda ciddi dəyişikliklərə səbəb olub”.

Bunu "Report”a müsahibəsində ekspert, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm bildirib.

"Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Cənubi Qafqazın sosial-iqtisadi və siyasi dinamikasını dəyişdi. Dünya Azərbaycanın möhtəşəm uğurunun şahidi oldu”, - o deyib.

Ekspert Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyini və həmin vaxtdan etibarən fəal şəkildə infrastrukturun bərpası ilə məşğul olduğunu söyləyib.

Xalid Teymur Əkrəm həmçinin vurğulayıb ki, Azərbaycan qonşu ölkələrlə dostluq münasibətlərini möhkəmləndirməklə daim regional sülh və sabitliyə can atır:

"Pakistan Azərbaycanın yaxın müttəfiqidir və daim bu ölkəni bütün sahələrdə dəstəkləməkdə davam edəcək”.