09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Əhmədov Türkiyəyə getdi

18.08.2018

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə gedib.
"Dövran Media" xəbər verir ki, səfərdə məqsəd Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) VI qurultayında iştirak etməkdir.
Nümayəndə heyətinə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov və Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov daxildir.
Qeyd edək ki, bu gün Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının VI qurultayı keçirilir. AKP-nin sədri prezident Rəcəb Tayyib Ərdoğandır.