28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Saakaşvili təkadamlıq kameraya köçürüldü

13.10.2021

 Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rustavi həbsxanasındakı təkadamlıq kameraya köçürülüb.

DM xəbər verir ki,  bu  barədə Gürcüstan Penitensiar Xidməti  məlumat  yayıb. 

Bildirilir ki, bu qərar həbsxana rəhbərliyi tərəfindən Saakaşvilinin istəyini nəzərə alaraq qəbul edilib. 

"Saakaşvili öz istəyi ilə təkadamlıq kameraya köçürüldü", - açıqlamada qeyd olunub. 

Gürcüstan Ədliyyə Nazirliyi Saakaşvilinin səhhətini izləmək üçün həkim qrupu yaratmağı xahiş edib. Nazirlikdən verilən məlumata görə, qrupun məqsədi Saakaşvilinin sağlamlığını mütəmadi olaraq izləmək və lazım gələrsə müvafiq məsləhətlər vermək olacaq.