19 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda 9-cu sinif şagirdi koronavirusdan VƏFAT ETDİ

13.10.2021

 Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib.

DM xəbər verir ki, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.

Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub.

Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən K. Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq K. Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.