15 09 2025-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"Qarabağ münaqişəsi həll olunmamış qalır" - Paşinyan

13.10.2021

 Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin həll olunmamış qaldığını bildirib.

DM xəbər verir ki, o, bunu Rusiya Prezidenti Vladimir Putinlə dünənki görüşündə deyib. 

"Təəssüf ki, bu gün bizim regionda vəziyyətin tam sabitliyindən danışmaq olmaz. Gördüyünüz kimi, Qarabağ münaqişəsi həll olunmamış qalır və aydındır ki, bölgədə münaqişənin həlli və təhlükəsizliyin təmin edilməsində Rusiya önəmli rol oynayır və ATƏT Minsk qrupunun həmsədridir. Bütün bu məsələlər vacibdir və mən bu gündəliyi sizinlə müzakirə edəcəyimə şadam", - deyə Paşinyan görüşün jurnalistlər üçün açıq hissəsində bildirib. 

Qeyd edək ki, Azərbaycan bundan əvvəl verilən açıqlamalarda Qarabağ münaqişəsinin həll edildiyini bildirib.