05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səhiyyə nazirinin müavinindən əhaliyə MÜRACİƏT

12.10.2021

"Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmir. Ölkədə hələlik dörd növ vaksin istifadə olunur ki, bu da kifayətdir”.

Bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Nazir müavini bildirib ki, əhali üçün müxtəlif çeşiddə peyvəndlər təqdim olunur:

"Hesab edirəm ki, hələlik yeni növ peyvəndlərin gətirilməsinə ehtiyac yoxdur. Çünki əhali istifadə olunan vaksinləri məmnuniyyətlə qəbul edir”.

O, əlavə olaraq qeyd edib ki, Azərbaycanda 3 milyona yaxın vaksin ehtiyatı var. Əhalinin vaksinasiyası üçün kifayət qədər peyvənd məntəqəsi yaradılıb, kifayət qədər tibb işçisi cəlb olunub:

"Əhaliyə bir daha müraciət edirəm ki, peyvənd olunsunlar. Peyvənd əhali üçündür”.