05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"İran Azərbaycanın ərazisinə iddialıdır"

12.10.2021

 "İranla Azərbaycan arasındakı gərginlik təsadüfən ortalığa çıxmayıb. Bu, gözlənilən idi".

DM xəbər verir ki, bunu Milli İstiqlal Partiyasının qurucusu Etibar Məmmədov deyib. O, bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən bəri İranın Azərbaycana qarşı münasibəti bəllidir:

"İran Azərbaycan Respublikası adlı dövləti tanımaq istəmir. Azərbaycana Bakı Respublikası, Bakı səfirliyi və s. adlarla deyir. Bunu rəsmi şəxslər bu cür səsləndirirlər və səfriliklərini də bu cür təqdim edirlər. Bu, təsadüfi deyil. İran Azərbaycanın ərazisinə iddialıdır. Bunu həyata keçirmək imkanı olmadığını da başa düşür, amma əlindən gələni edir ki, Azərbaycanı zəiflətsin, özündən asılı vəziyyətə salsın. 40 illik işğal dövründə də İran bundan kifayət qədər faydalanıb. Azərbaycanın işğal olunmuş əraziləri onlar üçün açıq qapı olub. Azərbaycanın çətin vəziyyətindən sui-istifadə edib".