04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Qaz ölkəsi soyuqdan donur" - Tural Abbaslı

12.10.2021

 "Bu gün ən aktual mövzu qaz limiti ilə bağlıdır. O gün baxıram, mənim qaz limitim sıfırı göstərir. Fikirləşirəm ki, mən nə vaxt işlətdim bunu?".

DM xəbər verir ki, bunu Ağ Partiyanın sədri Tural Abbaslı "Müsavat TV-nin efirində deyib.

O, bildirib ki, əsində qaz limiti qış aylarında verilməlidir:

"Qaz limitini yayda tətbiq edin. Yaxud da o hüququ qışda verin insanlara ki, bol-bol qaz işlədə bilsinlər. Qaz ölkəsi soyuqdan donur. Belə olmaz axı. Tarif Şurası, bir dəfə də tərsinə işlə də. Bir dəfə də qiyməti aşağı sal. Ziyanına sat xalqa. Nolar ki? İnsanlar artıq qazdan qorxa-qorxa istifadə edirlər".