09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

6 nəfər edam edildi - Məşhəddə

18.08.2018

İranın  Məşhəd şəhərində  6 adam edam edildi.
"Dövran Media" saytı xarici KİV-ə istinadən  xəbər verir ki, həmin şəxslər qrup şəklində oğurluq və  qəsb etmək  ittihamı ilə edam hökmü  almışdı  və qərar bu gün reallaşıb.
Məşhəd şəhər prokurorunun müavini Həsən Heydəri  yerli mətbuata verdiyi açıqlamada  edam edilənlərin ehtiyac sahibi olmadığını vurğulayıb:
"Qrupun başındakı adam əvvəllər zərgərlik edirdi, ona görə çanta ticarəti ilə məşğul olan zərgərləri tanıyırdı. Bu qrup  axırıncı dəfə  Məşhəd - Tehran arasında səfər edən bir vətəndaşdan 4 kilo qızıl oğurlayıb.  Edamlar  başqalarının malında gözü olan, cəmiyyətin dincliyini və təhlükəsizliyini pozan şəxslər üçün ibrət olmalıdır”.