01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu ölkə hərbçiləri ixtisar edib, əvəzində PUA alacaq

11.10.2021

 Böyük Britaniya ordusunda hərbçilərin planlı şəkildə ixtisar edilməsinə başlanılıb. 

DM xəbər verir ki, Müdafiə nazirliyi hərbi büdcəni 24 milyard funta qədər artırmağı planlaşdırsa da, vəsaitlərin bir hissəsini kiber silahlara və PUA-lara xərcləməyə üstünlük verəcək. Hərbi qulluqçuların sayı isə 81 mindən 72 min nəfərə endiriləcək.

Lakin hərbçilər bundan narahatdırlar. Onlar hesab edir ki, silahlı qüvvələrin "optimallaşdırılması" Britaniya ordusunun Finlandiyada və ya Botsvanada olduğu kimi müdafiə qüvvəsinə çevrilməsinə səbəb ola bilər:

"Böyük Britaniyada piyada və digər birliklərin sayı müəyyən səviyyədən aşağı salınacağı təqdirdə ölkə digər bölgələrdə qüvvələr yerləşdirə bilməyəcək".