02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclisdə İran müzakirə edidi

11.10.2021

 "İrandan Azərbaycana qarşı təhdidlər səngimir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu parlamentin iclasında deputat Aydın Mirzəzadə deyib. 

O bildirib ki, Ərdəbilin imam-cüməsi Həsən Amuli Azərbaycana qarşı fikir səsləndirəndə Bakı buna təmkinli yanaşdı. 

"Amma sən demə, bu, İrandan açılan ilk snayper atəşi idi. Daha sonra təhdidlərin miqyası genişləndi. Ağır siyasi artilleriyalar işə düşdü”, - deyə A.Mirzəzadə əlavə edib. 

Deputat bildirib ki, ötən il həmkarı Bəhruz Məhərrəmov İrana qarşı çıxış edəndə Milli Məclis ona töhmət verib: 

"Amma indi İran parlamentinin deputatları Azərbaycanı təhdid edir. Ancaq İran parlamenti onları cəzalandırmır”. 

A.Mirzəzadə qeyd edib ki, İranın heç bir generalı Azərbaycanı qorxuda bilməz.