25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İranla bağlı kritik həftəyə daxil oluruq - Merkel

11.10.2021

 İranın nüvə proqramı ilə bağlı situasiya həlledici həftəyə daxil olur.

DM xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel İsrailə səfəri zamanı yerli mediaya müsahibəsində deyib.

"Biz İranın uranı necə zənginləşdirməsini müşahidə etdiyimiz zaman bu məsələ təxirəsalınmaz xarakter alır”, - Merkel qeyd edib.

O bildirib ki, İranla imzalanan nüvə sazişini heç vaxt ideal hesab etməyib, buna baxmayaraq, Tehranın nüvə silahı əldə etməsinə imkan verməmək üçün daha yaxşı yol yoxdur:

"Danışıq aparılmayan hər gün İran uranın zənginləşdirilməsini genişləndirir. Bu öz-özlüyündə kritik situasiyadır.

Bu məsələ ilə bağlı həlledici həftə gəlir. Hesab edirəm ki, əsas məsuliyyət Rusiya və Çinin üzərindədir”.