07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Meksikada polis əməkdaşları güllələndi

11.10.2021

 Meksikanın mərkəzi hissəsində eyniadlı ştatın paytaxtı Sakatekas şəhərində 4 polis əməkdaşı naməlum cinayətkarlar tərəfindən öldürülüb.

DM xəbər verir ki, bu barədə ştatın İctimai Təhlükəsizlik İdarəsi tviterdə bildirib.

"Biz qorxaq hücumdan sonra əməkdaşların həlak olmasından dərin kədər hissi keçiririk", - mətndə deyilir. Quldurlar uşaq komandalarının yarışının keçirildiyi futbol meydançası yaxınlığında asayiş keşikçilərinə atəş açıblar. Hadisə zamanı oyunçular və azarkeşlər arasında zərərçəkənlərin olması barədə məlumat yoxdur.

Qeyd edək ki, cari ilin yanvarından sentyabradək Sakatekasda təxminən 900 insan zorakılığın qurbanı olub.