07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşada silah-sursat aşkarlandı

08.10.2021

 İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri və Daşaltı kəndi ərazisindən 1 avtomat, 3 mina, 30 müxtəlif növ qumbara, 7 "Foqot” qurğusu, 12 qumbaraatan mərmisi, 6 minaatan mərmisi, 11 UZRQM partladıcısı, 7380 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.