07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

18-19 oktyabr qeyri-iş günü olsun - Əzimov

08.10.2021

 Müvafiq qanunla vaxtilə 28 mayı Respublika Günü, 18 oktyabrı da Dövlət Müstəqilliyi Günü kimi qəbul etmişdik.

Bu sözləri Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının əsas müəllifi, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimov deyib.

"Azərbaycan tarixində ilk dəfə olaraq Azərbaycanın müstəqil dövlət kimi elan edilməsi məhz 18 oktyabrda qəbul olunan Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktından sonra baş verib. Orada bərpa sözü yoxdur. Bu aktdan sonra birinci Türkiyə, sonra Pakistan, Rumıniya və başqa dövlətlər Azərbaycanı müstəqil ölkə kimi tanıdı. 1993-cü ilin mart ayının 2-də MDB-yə müstəqil dövlət kimi üzv seçildik”.

İstiqlalçı deputat qeyd edib ki, bu il dövlət müstəqilliyinin 30 illiyi münasibətilə 5 səhifədən ibarət sənəd hazırlayaraq Prezidentə göndərib:

"Bu sənədi bir çox istiqlalçı deputat, partiya sədrləri, görkəmli ictimai xadimlər imzaladı. 8 təklif yazılmışdı. Əsas təkliflərdən biri də 18 oktyabra dövlət bayramı statusu verilsin. Çünki 18 Oktyabr – iş günü elan edilmişdi, bu isə o deməkdir ki, dövlət bayramı deyil. Dünyada dövlət bayramları mütləq qeyri-iş günləri olur, yalnız peşə payramları iş günləri keçirilir. Təklifdə bildirdim ki, bu bayramla əlaqədar 18-19 oktyabr olmaqla iki gün qeyri-iş günü sayılsın. Çünki digər postsovet ölkələrində qayda budur. Bu təklifə baxılması üçün Milli Məclisə təqdim olunub. İndi yeni bir qanun layihəsi hazırlayıblar”.

Qeyd edək ki, Azərbaycanda 28 May Müstəqillik Günü və 18 Oktyabr Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Bu, "Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.