16 09 2025-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Vəkil: “Mixail Saakaşvilinin durumu pisləşir”

08.10.2021

 "Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili artıq 8-ci gündür aclıq edir və onun fiziki durumu getdikcə pisləşir”.

"Report”un yerli bürosu xəbər verir ki, bunu M.Saakaşvilinin vəkili Beka Basilaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ailə üzvləri sabiq dövlət başçısı ilə bazar ertəsi görüşə biləcəklər.

Qeyd edək ki, eks-prezident oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş siyasətçi aclıq aksiyası keçirir. O, aksiyanı dayandırmayacağını bildirib. M.Saakaşvilinin atası Nikoloz Saakaşvili bu gün oğluna müraciət ünvanlayıb və onu aclığı dayandırmağa çağırıb.