07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabahın hava proqnozu açıqlandı

08.10.2021

 Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu və əsasən yağmursuz olacaq.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11°, gündüz 15-17°, Bakıda gecə 9-11°, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13°, gündüz 16-20°, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacaq.