06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronavirusa yoluxan teatr direktorundan AÇIQLAMA

08.10.2021

 "Vəziyyətim yaxşıdır, el dili ilə desək, üzü bu yana doğru gəlirəm”.

Bunu koronavirusa yoluxan Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib.

Əməkdar artist bildirib ki, həkimlər bir neçə gündən sonra təkrar analiz nümunələri götürəcəklər:

"Xəstəxanada darıxıram. Həkimlərə deyirəm ki, daha dözə bilmirəm, burada çətindir. Həkim deyir ki, "sən sağalmaq istəyirsən, yoxsa geri qayıtmaq? Ona görə də səbirli olub, dözməlisən”. 

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov bir müddət əvvəl koronavirusa yoluxub. Direktor hazırda Zığ modul tipli xəstəxanada müalicə olunur.