06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran Cənubi Koreyanı hədələdi

08.10.2021

İran Cənubi Koreya banklarında olan ABŞ sanksiyalarına görə dondurulmuş 7 milyard dollarını geri istəyir.

DM axar.az-a istinadən xəbər verir ki, bununla bağlı rəsmi Tehran Seula müraciət edib.

Pulların geri qaytarılmayacağı təqdirdə İran Cənubi Koreyanı məhkəməyə verəcəyi ilə hədələyib.

Qeyd edək ki, İran bir müddət öncəyə qədər Cənubi Koreyanın üçüncü ən böyük ticarət tərəfdaşı hesab edilirdi. Cənubi Koreya İran neftinin alışını 2018-ci ildə ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı sərt sanksiyalarından sonra dayandırmışdı.