06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əfqanıstanda toylarda canlı musiqilər qadağan edildi

08.10.2021

 Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban” hərəkatı ölkədə toyların keçirilməsi qaydalarını müəyyən edib. Bu qaydalardan birinə görə, şənliklər zamanı canlı musiqi qadağandır.

Bu barədə Əfqanıstan Beynəlxalq telekanalı məlumat yayıb.

Bildirilir ki, bayram yeməyindən əvvəl kəbin mərasimi də qadağan edilib, həmçinin qadın və kişilərin mərasimi fərqli otaqlarda qeyd etmələri barədə göstəriş verilib.

Əfqanların çoxu üçün toy həyatdakı əsas hadisə sayılır və üç gün davam edir. Bəzən bir neçə yüzə qədər qonağın qatıldığı mərasimin şərəfinə ənənəvi olaraq zəngin süfrələr açılır və bahalı hədiyyələr hazırlanır; varlı ailələrdə bunlar torpaq sahələri, avtomobillər və hətta evlər ola bilər.