02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan “3+3” formatına münasibət bildirdi

07.10.2021

 Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ölkə parlamentində çıxışı zamanı "3+3” formatına münasibət bildirib.

DM xəbər verir ki, Paşinyan formatla bağlı bəzi məsələlərin aydınlaşdırılmağa ehtiyac olduğunu qeyd edib.

O bildirib ki, Ermənistan konkret hansı formatdan söhbət getdiyini, formatların hansı məqsədlə, hansı şəraitdə və hansı prinsiplərə əsasən işləyəcəyini başa düşməlidir.

Paşinyan aydınlaşmalı olan digər məsələlərin olduğunu da vurğulayıb.

Qeyd edək ki, "3+3” formatı Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə regional qarşılıqlı fəaliyyət mexanizminin yaradılmasını nəzərdə tutur. Təklif ilk dəfə Türkiyə Prezidenti R.T.Ərdoğan tərəfindən səsləndirilib.