03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çavuşoğlu Ukraynaya işgüzar səfərə gedir

07.10.2021

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun oktyabrın 7-8-də Ukraynaya işgüzar səfəri olacaq.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, türkiyəli diplomatın səfəri Ukrayna xarici işlər naziri Dmitry Kulebanın dəvəti ilə Lvovda baş tutacaq.

Səfər çərçivəsində Türkiyə-Ukrayna Birgə Strateji Əməkdaşlıq Qrupunun 9-cu iclası keçiriləcək. Nazirlər, həmçinin ikitərəfli əməkdaşlığın perspektivləri, Qara dəniz regionunda təhlükəsizliyin qorunması məsələləri müzakirə ediləcək.

Bundan başqa nazirlər Türkiyə-Ukrayna Biznes Forumunda iştirak edəcəklər. Mövlud Çavuşoğlu İ.Franko adına Lvov Milli Universitetində təşkil olunan beynəlxalq konfransda çıxış edəcək.