Moskvada Rusiya və İran XİN rəhbərlərinin görüşü keçirilir 
    
                          
     
                         06.10.2021
 
    
                        Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş başlayıb.
DM xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşün protokol hissəsində nazirlər çıxış ediblər.
S. Lavrov bildirib ki, Rusiya və İran prezidentlərinin bu ilin avqust və sentyabr aylarında baş tutmuş son telefon danışıqları zamanı gələcəkdə görüləcək işlərin bir sıra istiqamətləri razılaşdırdılıb.