06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Tesla" işçisinə 137 milyon dollar təzminat ödəyəcək

06.10.2021

 "Tesla"  avtomobil şirkəti işçisini  təhqir etdiyinə  görə  137  milyon dollar  təzminat ödəməli olacaq. 

DM xəbər verir ki,  Fresno fabrikində çalışan qaradərili işçi irqi ayrı-seçkiliyə məruz qalıb. O,  bununla bağlı məhkəməyə müraciət edib. 

San-Fransisko federal məhkəməsi, 2015-2016-cı illərdə fabrikdə işləyən Oven Diazın iş yerində irqi düşmənçiliyə məruz qaldığını təsbit edib. Diaz məhkəmədə hətta  təcavüzə  də  məruz qaldığını bildirib. 

Bundan sonra  məhkəmə  qərarına əsasən, "Tesla"nın Diaza  137  milyon dollar  dəyərində  təzminat ödəyəcəyini  bildirib. 

Qeyd edək ki,  şirkətin baş icraçı direktoru İlon Maskdır.