06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Daha bir ölkə Fransa ilə münasibətləri pozdu

06.10.2021

Malinin Fransa ilə münasibətlərində gərginlik daha da artıb.

DM xəbər verir ki, bu məlumatı Mali Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, gərginliyə səbəb Fransa Prezidenti Emmanuel Makronun Malinin ünvanına səsləndirdiyi ittihamlar olub. Nəticədə Fransa səfiri Mali Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, Makron bundan öncə "Vaqner” muzdlularının Maliyə gələcəyi təqdirdə bölgədən Fransa qoşunlarını çəkəcəyini bildirmişdi. O, həmçinin Mali hökumətini korrupsiyada ittiham etmişdi.

Bir müddət əvvəl Fransanın Əlcəzairlə də münasibətləri pisləşmişdi. Makron Əlcəzairdə koloniya dövrü ilə bağlı tarixin yanlış yazıldığını və Türkiyənin bu işdə aktiv rol oynadığını bildirmişdi. Bundan sonra Əlcəzair səfirini ölkəyə geri çağırmışdı.