09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Peskov: Türkiyəsiz OLMAZ

17.08.2018

Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında keçiriləcək görüş zamanı müzakirə olunacaq məsələlər məlum olub.
"Dövran Media" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
Peskovun sözlərinə görə, Türkiyəyə maliyyə dəstəyinin göstərilməsi görüşün gündəminə daxil deyil.
"Düşünmürəm ki, hansısa formada bu məsələ rol oynasın. Bunu Türkiyə ilə müzakirə etmək lazımdır, Türkiyəsiz bu məsələni necə müzakirə edək?”, - Peskov bildirib.
Putinlə Merkel görüş çərçivəsində ikitərəfli münasibətləri, nəhəng kommersiya layihələrinin icrası məsələlərini, həmçinin Ukrayna və Suriya problemlərini müzakirə edəcəklər.