03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Telman İsmayılovun Rusiyaya ekstradisiyasına hazırlıq gedir

05.10.2021

Rusiya Federasiyası Baş Prokurorluğu Azərbaycan əsilli biznesmen Telman İsmayılovu cinayət məsuliyyətinə cəlb etmək üçün ekstradisiya prosesi ilə bağlı sorğu hazırlamağa başlayıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Rusiya Federasiyası Baş Prokurorluğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada Monteneqronun səlahiyyətli orqanları ilə qarşılıqlı rabitədədir.

Qeyd edək ki, "Çerkizovski” bazarının keçmiş direktoru iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur. İsmayılova 11 noyabr 2017-ci ildə ittiham irəli sürülüb. Azərbaycanlı iş adamının axtarışı "İnterpol” vasitəsilə həyata keçirilib.

Oktyabrın 2-də isə Rusiyanın ən varlı iş adamları siyahısında olan Telman İsmayılov Monteneqroda saxlanılıb və barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.