04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda işləyən ən yaşlı şəxs neçə yaşındadır?

05.10.2021

 Bu gün ölkədə rəsmi qaydada işləyən şəxslər arasında gənclər üstünlük təşkil etsə də, orta yaşlı və yaşlı insanlar da az deyil.

Bu gün Azərbaycanda işləyən nə qədər ahıl şəxs var? Onlardan neçə nəfəri kişi, neçə nəfəri qadındır? Görəsən onlardan ən yaşlısının neçə yaşı var?

Sorğuya cavab olaraq Xidmətin mətbuat katibi Aynur Osmanqızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişi” Alt sistemində hazırda 70 yaş və ondan yuxarı şəxsə dair 12 133 bildiriş mövcud olduğunu bildirib:

"Adına bildiriş olan ahıl şəxslərin 70 faizi kişi, 30 faizi qadındır. "E-sistem”də olan 7 324 bildiriş dövlət, 4 809 bildiriş isə qeyri-dövlət sektoru üzrə işəgötürənlər tərəfindən sistemə daxil edilib”.

Qeyd edək ki, Azərbaycanda e-sistemdə adına əmək müqaviləsi bildirişi olan ən yaşlı şəxsin 99 yaşı var.

Xatırladaq ki, 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.