25 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Facebook”, “Instagram” və “WhatsApp”niyə çökdü?

05.10.2021

Məlum olduğu kimi, ötən gün bir neçə saat ərzində "Facebook”, "Instagram” və "WhatsApp” istifadəçiləri adıçəkilən platformalara daxil ola bilməyiblər.

DM xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, "Facebook” şirkətinin verdiyi açıqlamaya əsasən, "Facebook”, "Instagram” və "WhatsApp” xidmətlərinin göstərilməsində dayanmalara konfiqurasiyada səhvən edilən dəyişiklik səbəb olub.

Şirkətin data mərkəzləri arasında trafiki təşkil edən əsas şəbəkə qurğularının konfiqurasiyasında edilən dəyişikliklər daxili sistem və şəbəkələrə təsir göstərib və bərpa prosesini çətinləşdirib.

Hazırda istifadəçilərin məlumatlarının sızmasına dair hər hansı sübut yoxdur.