02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran səfiri Ermənistanı “dost və qardaş ölkə” ADLANDIRDI

05.10.2021

İranın İrəvandakı səfiri Abbas Badahşan Zohuri Ermənistanı "dost və qardaş ölkə” adlandırıb.

DM xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Təhlükəsizlik Xidmətinin Mətbuat xidməti yayıb.

Məlumata əsasən, iranlı səfir bunu Ermənistanın Təhlükəsizlik Xidmətinin katibi Armen Qriqoryan ilə görüşündə deyib.

Bildirilir ki, tərəflər görüş zamanı regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.

Danışıqlar zamanı Qriqoryanla Zohuri İranın Çabahar limanının həm regional, həm də Ermənistan və İran arasında iqtisadi əlaqələr kontekstində, xüsusən də Zəngəzurun inkişafı planı baxımından əhəmiyyətini vurğulayıblar.

İran səfiri vurğulayıb ki, Tehran dost və qardaş Ermənistan ilə əlaqələrin inkişafı üçün yüksək səviyyədə səylər göstərəcək.