03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Taliban” İŞİD-in hücrəsini məhv edib

05.10.2021

Əfqanıstanın "Taliban” təşkilatı İŞİD terror qruplaşmasının bir hücrəsini məhv edib.

Bu barədə "Taliban” hökumətinin məlumat və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid "Twitter” hesabında bildirib:

"Dünən gecə Kabilin 17-ci məhəlləsində İslam Əmirliyinin mücahidlərindən ibarət xüsusi bir qrup İŞİD yaraqlılarının yuvasına qarşı əməliyyat keçirdi”.

Onun sözlərinə görə, "bu qətiyyətli və uğurlu əməliyyat” nəticəsində İŞİD təşkilatının mərkəzi tamamilə dağıdılıb və orada olan bütün hərəkat üzvləri məhv edilib.

Qeyd edək ki, dünən Kabildə İŞİD terrorçuları tərəfindən İdgah məscidinin yaxınlığında həyata keçirilən partlayış nəticəsində 12 nəfər ölüb, azı 32 nəfər yaralanıb.