03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünya liderlərinin yaşı - ən gənci, ən yaşlısı kimdir?

04.10.2021

Dünyanın böyük dövlətlərinin rəhbərlərinin yaşları hər zaman maraq doğurub.

Onların arasında ən gənci Koreya Xalq Demokratik Respublikasının sədri Kim Çen Inn, ən yaşlı lider isə Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydendir.

Bir neçə ölkənin prezidentlərinin yaşı haqqında məlumatları təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: 24 dekabr 1961-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Respublikasının 3-cü Prezidenti olan İlham Əliyev ölkəyə 31 oktyabr 2003-cü ildən rəhbərlik edir. O, buna qədər isə 12 noyabr 1995 - 4 avqust 2003-cü illərdə Azərbaycan Milli Məclisinin 1-ci və 2-ci çağırış deputatı, 4 avqust 2003 - 4 noyabr 2003-ci ilə qədər isə Azərbaycan Respublikasın 7-ci Baş naziri olub. İlham Əliyev həm də Yeni Azərbaycan Partiyasının sədridir.

Amerika Birləşmiş Ştatlarının 40-cı Prezidenti Co Bayden: 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində irland əsilli ailədə dünyaya gəlib. Co Bayden 20 yanvar 2021-ci ildən ABŞ-ın Prezidentidir.
Xristian Demokrat İttifaqının lideri və Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel: Hər iki vəzifəni tutan ilk qadındır. Angela Merkel 17 iyul 1954-cu ildə Almaniyanın Hamburq şəhərində doğulub. Almaniyanın ilk qadın hakimiyyət rəhbəri olan Angela Merkel 21 noyabr 2005-ci ildən Almaniyaya rəhbərlik edir.
Fransanın 25-ci Prezidenti Emmanuel Makron: 21 dekabr 1977-ci ildə Fransanın Amyen şəhərində danışıb. 14 may 2017-ci ildən Fransaya başçılıq edir.

İsrail Dövlətinin Prezidenti Isaak Herzok: 22 sentyabr 1960-cı ildə Təl-Əviv şəhərində anadan olub. 7 iyul 2021-ci idən İsrailin Prezidentidir.
Türkiyə Cümhuriyyətinin 12-ci Prezidenti Rəcəp Tayyip Ərdoğan: 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində anadan olub. 67 yaşlı dövlət başçısı Türkiyəyə 28 avqust 2014-cü ildən rəhbərlik edir.

Rusiyanın 4-cü Prezidenti Vladimir Putin: 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. 2012-ci ilin 7 mayından Rusiyanın Prezidentidir.

Böyük Britaniyanın Baş naziri Boris Conson: Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri - nominal olaraq dövlət başçısı Britaniya monarxı tərəfindən təyin edilən hökumət başçısıdır və bir çox icraedici funksiyaları icra edir. 19 iyun 1974-cü ildə Nyu-York şəhərində anadan olub. Mühafizəkarlar Partiyasının da lideri oan Conson 24 iyul 2019-cı ildən Baş nazirdir.
Çin Xalq Respublikasının sədri Si Tsinpin: Çin dövlətinin siyasi və partiya lideri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibinin səlahiyyətlərini icra edən, 14 mart 2013-cü ildən ÇXR Mərkəzi Hərbi Şurasının sədri, ölkə başçısı vəzifəsini tutan, eyni zamanda partiya və orduda rəhbər mövqe tutduğundan, bəzən Çinin "ali lideri” adlandırılan Si Tsinpin 15 iyun 1953-cü ildə Pekində anadan olub. O, 14 mart 2013-cü ildən Çin Xalq Respublikasının 7-ci Sədri kimi ölkəyə rəhbərlik edir.

Pakistan Respublikasının 13-cü Prezidenti Arif Alvi 29 avqust 1949-cu ildə Pakistanın Kəraçi şəhərində anadan olub. 72 yaşl Pakistan rəhbəri ölkəyə 9 sentyabr 2019-cu ildən rəhəbərlik edir.
Şimali Koreya lideri Kim Çen In-nın doğum tarixi haqqında dəqiq məlumat yoxdur. Onun 8 yanvar 1982-I il, 1983-ci il, 1984-ci illərin birində doğulduğu ehtimal edilir. Atası Kim Çen İrin varisi olan Kim Çen In 17 dekabr 2011-ci ildən Şimali Koreyanın 3-cü Ali Lideridir. O, bundan əlavə Koreya Əmək Partiyasının Birinci Katibi, Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin Birinci Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanıdır
İran İslam Respublikasının 8-ci prezidenti Seyid İbrahim Rəisi 14 dekabr 1960-cı ildə Məşəd Mərkəzi Şəhristan deyilən ərazidə doğulub. 61yaşlı Seyid İbrahim rəisi 3 avqust 2021-ci ildə ölkə Prezidenti seçilib.

Ukraynanın 6-cı Prezidenti Vladimir Zelinski dünyanın ən gənc rəhbəridir. 43 yaşlı dövlət başçısı 25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olub. O, 20 may 2019-cu ildən Ukraynaya rəhbərlik edir.
Gürcüstan respublikasın 5-ci Prezidenti Salome Zurabişvili 1952-ci il martın 18-də Parisdə, gürcü siyasi mühacirləri, Fransanın Gürcüstan diasporunun sədrinin ailəsində doğulub. 69 yaşlı qadın dövlət başçısı bu vəzifəyə 16 dekabr 2018-ci ildə seçilib.
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov 1957-ci il iyunun 29-da Türkmənistan SSR-in Aşqabat vilayətində anadan olub. O, 11 fevral 2007ci ildən bu yana Türkmənistana başçılıq edir.
Özbəkistanın 2-ci Prezidenti Şövkət Mirziyayev 1957-ci il iyulun 24-də Özbəkistan SSR-in Cizzəx vilayətində doğulub. Şövkət Mirziyayev 14 dekabr 2016-cı ildən Özbəkistana rəhbərlik edir.

Qazaxıstan Respublikası Qasım-Comərd Tokayev: 17 may 1953-cü ildə Almatı şəhərində anadan olub. 20 mart 2019-cu ildən rəhbərlik edir. 68 yaşlı Qasım-Comərd Tokayev Qazaxıstanın sayca 2-ci Prezidentidir.