03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid övladları Türkiyədə təhsilə başladılar - FOTO

04.10.2021

Sivas Cumhuriyət Universitetinin Rektoru Prof. Dr. Alim Yıldız SCU -da təhsil həyatına başlayan Qarabağ şəhidləri və qaziləri ilə görüşüb.

SCU Senat Toplantı Salonunda keçirilən toplantıya Rektor Prof. Dr. Alim Yıldız, Beynəlxalq Tələbə Ofisi Koordinatoru Dos. Dr. Yusuf Yıldırım və Qarabağ şəhid və qazi uşaqları qatılıb.

"Qarabağda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, qazilərimizə sağlam və dinc həyat arzulayıram". Çıxışına başlayan Rektor Yıldız, "Lisans təhsilinə Universitetimizdə başlamağınız bizə qürur və xoşbəxtlik verdi. Təhsilinizi bitirdikdən sonra ölkənizə qayıdanda orada yaxşı nəaliyyətlər əldə edəcəyinizə inanırıq. Bundan əlavə, sizin sayənizdə iki qardaş ölkə arasındakı əlaqələr daha da güclənəcəkdir. İlk növbədə könüllü səfirlərimizsiniz ”. dedi.